Şriftin ölçüsü :

Saytın rəngi :

Tatlı kəndində növbəti səyyar qəbul

03 avqust 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun  Tatlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi, əsaslı təmir olunan kənd körpələr evi-uşaq bağçasında aparılan işlərlə yaxından tanış oldu. Qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdi.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov kənddə görülmüş işlərə dair hesabat verdi. Sonra  cənab Məhərrəm Quliyev kənd sakinlərini salamladı, ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq növbəti dəfə onların görüşünə gəlməkdən məmnun olduğunu ifadə etdi. Səyyar qəbulların təşkili sakinlərin əziyyət çəkərək rayon mərkəzinə gəlmədən narahatçılıq doğuran məsələlərin operativ şəkildə həll olunmasına xidmət etdiyini vurğuladı.
Daha sonra kənd sakinlərini dinləyən rayon İcra hakimiyyətinin başçısı onların müraciətləri ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlarını verdi. Sakinlər öz növbəsində son illərdə Dövlət Proqramı çərçivəsində kənddə yeni tikilib istifadəyə verilmiş müasir məktəb binasına, hazırda əsaslı təmir olunan körpələr evi-uşaq bağçasına, çəkilmiş yeni qaz xəttinə və digər həllini tapmış məsələlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev körpələr evi-uşaq bağçasında aparılan təmir işləri ilə yaxından tanış oldu, işin yüksək keyfiyyətlə aparılması, həmçinin binanın yeni yumşaq mebel və invertarlarla təchiz olunması istiqamətində müvafiq tapşırıqlarını verdi.

Keçidlər