Ağstafa şəhərində abadlıq və küçələrin yenidən qurulması işləri uğurla davam etdirilir
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq Ağstafa şəhərində çoxmənzilli yaşayış binalrının dam örtüklərinin dəyişdirilməsi, pilləkan qəfəsələrinin təmiri və binalrın həyətində abadlıq işlərinin aparılması sürtələ davam edir.
Şəhərin M.Allahverdiyev küçəsində 20 və 22, R.Alıcanov küçəsində 1 və 2, C.Cabbarlı küçəsi 38 və H.Arif küçəsində 33 mənzilli yaşayış binalarında və Ş.Qurbanov küçəsi 4 ünvanında çoxmənzilli yaşayış binalarının dam örtükləri, pilləkən boşluqlarında təmir bərpa və həyətlərində abadlıq işləri aparılmış və bu işlər uğurla davam etdirilir.
Bu işlərlə yanaşı olaraq Ağstafa şəhərinin Həmid Abbas və Səməd Vurğun küçələrində yeni asfalt örtüyünün salınması məqsədi ilə aparılan hazırlıq işləri başa çatdırılmışdır. Hər iki küçədə elektrik naqilləri və qaz xətləri təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq yerlərə çəkilmiş, rabitə kommunikasiya xətləri nizamlanmışdır. Küçələrin hərəkət hissəsinə yeni bordur qoyulmuş, piyada səkilərinə dekorativ daş düzülüşünə başlanılmışdır, işıqlandırma sistemi müasir tələblərə uyğun olaraq yenilənmişdir. Bu küçələrə yeni asfalt qoyulması ilə son illərdə Ağstafa şəhərinin yenidən qurulmuş küçələrinin sayı on beş olur, rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq digər küçələrin yenidən qurulması və yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etməkdədir.