Yenidən qurulan küçələrdə işlər davam edir
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq Ağstafa şəhərinin yenidən qurulan Səməd Vurğun və Həmid Abbas küçələrində təmir-tikinti işləri sürətlə davam etdirilir.
Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul işçiləri və bir sıra idarə, müəssisə, təşkilat müdirləri ilə birlikdə hər iki küçədə aparılan yenidənqurma, təmir-tikinti işləri ilə yaxından tanış oldu, müvafiq tapşırıqlarını verdi. Hər iki küçədə cənab Məhərrəm Quliyevlə görüşən bəzi sakinlər həmin ərazidə yaşayan əhali adından ölkə rəhbərliyinin onlara göstərdiyi bu cür yüksək diqqət və qayğısı üçün dərin minnətdarlıqlarını ifadə etdilər. Rayon İcra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu konkret tələblərə uyğun olaraq Ağstafada bundan sonra da abadlıq, quruculuq, yenidənqurma işləri, eləcə də sosial infrastruktur layihələrin icrası istiqamətində işlər davam etdiriləcəkdir.