Rayonun qışa hazırlıq məsələləri geniş müzakirə olundu
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasında Ağstafa rayonunun 2016-2017-ci il qışa hazırlığı vəziyyəti barədə məsələ də geniş müzakitə edildi. Qeyd olundu ki, rayonun qışa hazırlığı sahəsində təxirəsalınmaz tədbirlərin ilboyu ərzində görülməsi təmin edilmişdir. Bir daha vurğulandı ki, sakinlərin qaz, işıq və içməli su təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır. Bildirildi ki, ötən aylar ərzində rayon İcra hakimiyyəti tərəfindən Ağstafa şəhərinin M.Allahverdiyev, C.Caabarlı, R.Alıcanov və Ş.Qurbanov küçələrində çoxmənzilli yaşayış binalarında giriş bloklarının qapı və pəncərələrinin təmiri və dəyişdirilməsi, blokların əsaslı təmiri, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi kimi zəruri addımlar atılmış və bu işlər hazırda davam etdirilir, bir neçə binada istilik sistemi yaradılmışdır. Şəhərin mərkəzi küçələrinin asfalt örtüyünün və səkilərin əsaslı və cari təmiri işləri aparılmış, şəhərin içməli su təchizatı və kanalizasiya xidməti diqqət mərkəzində saxlanılmışdır. Bundan başqa rayonun qəsəbə və kəndlərinin qazlaşması sahəsində ardıcıl tədbirlər görülmüş, rayonun qazlaşması 85 faizə çatdırılmışdır. İlin sonun kimi rayonda qazlaşmanın 100 faizi çatdırılması hədəf olaraq müəyyən edilmişdir və bu istiqamətdə tikinti quraşdırma işləri davam etdirilir. Rayon mərkəzindəki çoxmənzilli binaların, eləcə də qəsəbə və kəndlərin içməli su təminatı ilə bağlı görülən işlərin hələ yetərli olmadığı qeyd edilməklə bu sahəyə diqqətin artırılması xüsusi qeyd olundu. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, eləcə də digər sosial obyektlərin istilik sistemlərinin vəziyyəti, su təchizatı və elektik enerjisi ilə təminatı məsələrinə xüsusi diqqət yetirildi. Eyni zamanda yaşayış binaların mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilməsi istiqamətində də işlərin sürətləndirilməsi məqbul sayıldı. Həmin qurumların rəhbərlərinə qarşıdakı vaxt ərzində daha təsirli tədbirlər görməsi üçün müvafiq tapşırıqlar verildi.
Rayonda əmək pensiyalarının və sosial müavinətlərin təyini və ödənilməsi sahəsində vəziyyət, həmçinin cari ildə taxıl biçini sahəsində əldə olunan nəticələr barəsində, eləcə də 2016-2017-ci dərs ilinə hazırlığın vəziyyəti barədə arayılar da iclasda ətraflı müzakirə olundu. Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə 18 iyul 2016-cı il tarixli Sərəncamı və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamından irəli gələn və qanunla rayon İcra hakimiyyəti üzərinə düşən vəzifələrin icrası sahəsində görülən və qarşıda duran məsələlərdən danışdı. Buildirildi ki, referendumla əlaqədar olaraq rayonun yaşayış məntəqələrinin inzibati sərhədlərinin, küçə və məhəllə adlarınının dəqiqləşdirilməsi, fərdi mənzil və yaşayış binalarının nömrələnməsi kimi məsələlər yeri icra və bələdiyyə sədrlərinin diqqətində olmalıdır.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.