Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat naziri cənab Ziya Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək

10 avqust 2016 | 11:00

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq  vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri cənab Ziya Məmmədov 12 avqust 2016-cı il tarixində Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.
  Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 10 avqust 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:

  • Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsi-44;
  • Qazax şəhəri, Bakı küçəsi-28;
  • Ağstafa şəhəri, Üzeyir Hacıbəyov küçəsi-25A.

Keçidlər