Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Nəqliyyat naziri Ağstafada vətəndaşları qəbul edib

12 avqust 2016 | 11:00

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Nəqliyyat naziri Ziya Məmmədov və Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Nazir Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olduqdan sonra vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinə əsasən, Tovuz-Qaraxanlı avtobus marşrut xəttinin Qədirli kəndi ərazisindən keçməklə uzadılması, Ağstafa-Qırılı avtobus marşrut xəttinin uzadılması, Ağstafa–Qaçaq Kərəm yeni avtobus marşrut xəttinin açılması, Ağstafa rayonunda müasir avtovağzal binasının tikintisi təklif olunub. Eyni zamanda, Qazax-Qazaxbəli (Yeni qəsəbə) marşrutu üzrə sərnişindaşıma fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması və nəzarətin gücləndirilməsi xahiş edilib.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər