Şriftin ölçüsü :

Saytın rəngi :

Vurğun qəsəbə sakinləri ilə növbəti görüş

17 avqust 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə Vurğun qəsəbəsində sakinlərlə görüşdü. Tədbirdə başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
Cənab Məhərrəm Quliyev sakinlərlə söhbət əsnasında ölkəmizdə mövcud ictimai-siyasi sabitlikdən, sosial-iqtisadi inkişafdan, eləcə də Ağstafada inşası uğurla davam etdirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı danışdı. Qeyd olundu ki, ölkə rəhbərliyinin konkret tapşırıqlarına uyğun olaraq tikilən möhtəşəm sənaye parkının, çörək  və un məmulatları kombinatının, 4 yeni avtomobil körpüsünün, təmas xəttində yerləşən Köhnəqışlaq kəndində müasir tələblərə uyğun inşa olunan iki mərtəbəli tam orta məktəb binası, yenidən qurulan şəhər küçələri, əsaslı təmir olunan körpələr evi-uşaq bağçaları, çoxmənzilli yaşayış binaları və digər abadlıq, quruculuq işləri rayonda həm yeni iş yerlərinin açılmasına şərait yaratmış, həm də gələcək  inkişaf üçün misilsiz əhəmiyyətə malikdir. Sakinlərdə öz növbəsində bütün qeyd olunanlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra cənab Məhərrəm Quliyev görüşdə iştirak edən qəsəbə sakinlərinin müraciətləri dinlədi, onların təklif və istəklərinin həll olunması istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verdi.

Keçidlər