Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənsu kəndində növbəti görüş keçirildi

18 avqust 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar qəbulunu Həsənsu kəndində keçirdi. Digər görüşlərdə olduğu kimi tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, müvafiq idarə, müəssisə, təşkilatların və RİH başçısı aparatının şöbə müdirləri iştirak edirdi.
Əvvəlcə Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəkil Vəliyev Həsənsu kəndi barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra cənab Məhərrəm Quliyev görüşdə iştirak edən kənd sakinlərini salamladı, narahatçılıq doğuran məsələləri və kənddə olan hər hansı bir problemi öyrənmək üçün onların görüşünə gəldiyini bildirdi.  Sakinlərdən daha fəal olmağı və sərbəst şəkildə fikirlərini ifadə etməyi xahiş etdi. Qəbulda iştirak edən sakinlər ilk növbədə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq kəndin küçələrinin xırlanması nəticəsində gediş-gəliş probleminin kökündən həll olunduğu üçün böyük minnətdarlıqlarını dilə gətirdilər. Kənd sakinləri həmçinin Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması, kənddə bir ədəd subartezian quyusunun qazılması, əhalini içməli su ilə təmin edən kəhriz quyularının təmir edilməsi, ərazidə olan yararsız elektrik dayaqlarının yeniləri ilə əvəz olunması, yeni yaşayış məhəlləsinə təbii qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciət etdilər. Məsələlər ətrafında geniş müzakirələr aparıldıqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Səyyar qəbuldan sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tədbir iştirakçıları ilə birgə vətən uğrunda şəhid olmuş  Musayev Yaşar Hümbət oğlunun atasının yas mərasimində iştirak etdi, ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verdi.

Keçidlər