Şriftin ölçüsü :

Saytın rəngi :

Eynallı kənd sakinləri ilə görüş

24 avqust 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rayonumuzun yaşayış məntəqələrində keçirdiyi növbəti səyyar görüşü Eynallı kəndinin Bələdiyyə parkında oldu. Çay süfrəsi ətrafında keçən səmimi görüşdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin ağsaqqal və ziyalıları və kənd sakinləri iştirak edirdi.
Rayon İcra hakimiyyətinin başçısı  ölkəmizdəki mövcud ictimai-siyasi sabitlikdən, sosial-iqtisadi inkişafdan, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqlarına əsasən Ağstafada son illərdə həyata keçirilmiş abadlıq-quruculuq işlərindən və inşası uğurla davam etdirilməkdə olan irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. Qeyd  edildi ki, Azəırbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə yeni iş yerlərinin yaradılması, iri biznes layihələrinin icrası və sənaye parkalrının yaradılması barədə taşırığına uyğun olaraq hazırda Ağstafa rayonuinda “Karvan-L” Eko sənaye parkının və Ağstafa taxıl və un məmulatları kombinatının tikinti işləri sürətlə davam edir. Bundan başqa rayon İcra hakimiyyətinin təşəbbüsü ilə “Azəravtoyol”ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, Poylu-Düzqışlaq-Kolayır yerli avtomobil yolunun üzərində isə bir körpünün inşası davam etdirilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa olunur. Ağstafa şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası, eləcə də rayonun qəsəbə və kənd yaşayış məntəqələrində sosial infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlər barəsində də fikir mübadiləsi edildi.
Görüşdə iştirak edən kənd sakinləri də öz növbələrində kənddə görülən abadlıq, tikinti işləri çərçivəsində inşa olunmuş ən müasir tələblərə cavab verən kənd tam orta məktəb binasına,  kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili və normal istirahət etmələri üçün tikilmiş Bələdiyyə parkına, kəndi içməli su ilə təmin edən kəhrizin təmirinə və ətrafının abadlaşdırılmasına, qaz xətlərinin rekonstruksiyasına eləcə də həyata keçirilmiş digər abadlıq işlərinə görə dərin minnətdarlıqlarının ifadə etdilər.
        Rayon İcra hakimiyyətinin başçısı sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər