Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kənd sakinləri ilə görüş

31 avqust 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Köçəsgər kəndində səyyar qəbul-görüş keçirdi. Bu görüşdə rayon İcra hakimiyyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak edirdi.
Rayon İcra hakimiyyətinin başçısı ölkəmizdəki mövcud sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlikdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqlarına əsasən Ağstafada son illərdə həyata keçirilmiş abadlıq-quruculuq işlərindən və inşası uğurla davam etməkdə olan irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, rayonun bütün digər yaşayış məntəqələri kimi Köçəsgər kəndinin sosial probebləmlərinə daima qayğı ilə yanaşılmış, kəndin elektrik enerjisi və qaz təchizatı kimi məsələləri öz həllini tapmış, kənddə yeni orta məktəb binası inşa edilmişdir. Kənddə yeni subartezian quyuları qazılmış, bir neçəsi təmir edilmiş və sakinlərin suya olan təlabatı ödənillir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə yeni iş yerlərinin yaradılması, iri biznes layihələrinin icrası və sənaye parkalrının yaradılması barədə tapşırığına uyğun olaraq hazırda Ağstafa rayonuinda tikinti işləri sürətlə davam edən “Karvan-L” Eko sənaye parkının və Ağstafa taxıl və un məmulatları kombinatının rayon iqtisadiyyatı üçün əhəmiyyəti barədə məlumat verildi. Bundan başqa qeyd olundu ki, rayon İcra hakimiyyətinin təşəbbüsü ilə “Azəravtoyol”ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, Poylu-Düzqışlaq-Kolayır yerli avtomobil yolunun üzərində isə bir körpünün inşası davam etdirilir.
Ağstafa şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası, eləcə də rayonun qəsəbə və kənd yaşayış məntəqələrində sosial infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlər barəsində də fikir mübadiləsi aparıldı.
Görüşdə iştirak edən kənd sakinləri də öz növbəsində kənddə görülən abadlıq, tikinti işlərinə görə dərin minnətdarlıqlarını bildirdilər. Sakinlər tərəfindən Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması, yeni məhəllərdə yolların təmiri, yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi və bir ədəd subartezian quyusunun təmiri kimi təkliflər verildi.

Rayon İcra hakimiyyətinin başçısı sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər