Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər sakinləri ilə növbəti görüş

06 sentyabr 2016 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti dəfə Ağstafa şəhərini gəzdi, istirahət və mədniyyət  parklarına, Heydər Əliyev prospektinə, eləcə də yenidən qurulan S.Vurğun və H.Abbas küçələrində oldu. Ağstafa Rayon İcra hakimiyyətinin başçısı həmin küçələrin sakinləri ilə aparılan yenidən qurma  və abadlıq - təmir işləri ilə əlaqədar fikir mübadiləsi apardı, sakinlərin rahatlığının təmin olunması istiqamətində əlavə tapşırıqlarını verdi.  İcra başçısı bir sıra xidmət və iaşə obyektlərində oldu, sakinlərə göstərilən xidmətin səviyyəsi ilə yaxından tanış oldu.  Vətəndaşların kütləvi olduğu dəmiryolu vağzalının qarşısında şəhər sakinlərinin bir qrupu ilə söhbət etdi. Sakinlər ölkəmizdə o cümlədən Ağstafa rayonunda aparılan abadlıq  işləri ilə bağlı öz razılıqlarını bildirdi, şəhərin sosial infrastruktur sahəsinə dair  hallar barəsində fikirlərini söylədilər.
Görüş işgüzar şəraitdə keçdi.

Keçidlər