Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi

06 sentyabr 2016 | 11:00

  Konfran iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstləri qoydular.
  Konfransı giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev acaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və üzaqgörən siyasəti sayəsində ölkəmizin ümumtəhsil müəssisələrində əlverışli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya kommunikasiya texnologiyaları ilə təminatı sahəsində genişmiqyaslı işlərin görülməsi təmin edilmişdir. Cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə 2000-dən çox yeni məktəb və əlavə korpuslar tikilmiş, həmçinin təhsil müəssisələrinin əsaslı təmiri və bərpası, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Bu prosesdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak etmişdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində 200-dən çox yeni məktəb inşa edilmişdir. Görülən bütün işlərin əsas məzmunu ondan ibarətdir ki, məktəblərdə şagirdlərə yüksək səviyyəli bilik verilsin, böyüməkdə olan nəsil elmin inkişafından xəbərdar olsun, ən yeni texnologiya ilə işləməyi bacarsın.
Son illərdə Ağstafa rayonunda 7 tam orta məktəb binası tikilmiş, inventar və avadanlıqlarla tam təmin olunmuşdur. Hazırda sərhəd kəndi olan Köhnə Qışlaq kənd orta məktəbinin tikintisi davam etdirilir. Yeni məktəb binasının tikintisi şagirdlərin məktəbə təhlükəsiz gediş gəlişini asanlaşdıracaq, tədrisin keyfiyətini yüksəldəcəkdir.                                           
       “ 2015-2016-cı tədris illərində Agstafa rayon təhsilinin yekunları və qarşıda duran vəzifələr barədə” rayon Təhsil Şöbəsinin müdiri Leyla İsayeva məruzə ilə çıxış etdi. Qeyd edildi ki, ötən tədris ili uğurla başa vurulmuşdur. Rayon məktəblilərindən 236 nəfəri tələbə adını qazanmış, onlardan 34-nəfəri 500-dən çox, 14 nəfəri 600-dən çox bal toplamışdır.                                      
Sonra Təhsil Nazirliyinin məsul işçisi Əhliyyət Adıgözəlov çıxış edərək ölkəmizdə təhsil sahəsində əldə olunmuş nəaliyyətlər barədə çıxış etdi.
Daha sonra təhsildə və pedaqoji fəaliyyətində fərqlənənlərə Ağstafa rayon İcra Hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri təqdim olundu.

Keçidlər