Müqəddəs Qurban bayramı münasibəti ilə sovqatlar paylanıldı
10 sentyabr 2016 | 11:00
Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Ağstafa rayon İcra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi və Çernobıl faciəsi əlillərinə, şəhid ailələrinə və eləcə də rayonun aztəminatlı ailələrinə bayram sovqatları paylanıldı. Sovqatlar ümumilikdə 320 ailəni əhatə etdi.
Bayram paylarını qəbul edən rayon sakinləri bu cür əziz günlərdə onlara göstərilən yüksək diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.