Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Sənaye Parkında tikinti işləri sürətlə davam edir

15 sentyabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda “Karvan-L” şirkətinin inşasına başaldığı sənaye parkında tikinti işləri sürətlə davam edir. İstehsal və emal müəssisələrini birləşdirən sənaye parkında inzibati binada son tamamlanma işləri aparılır, ən müasir avadanlıq və qurğuların tikinti meydançasına gətirilməsi təmin edilmişdir. Tikinti meydançasında metal konstruksiyadan quraşdırılmış istehsal və emal sahələrində, eləcə də yeni texnoloji idarəetməyə əsaslan istixana kompleksinin quraşdırılmasında işlər sürətlə davam edir. Bundan başqa sənaye parkının həyətində abadlıq işlərinə da başlanılmışdır. 
Ümumi dəyəri 12.5 mln. manat olan “Karvan-L Eko” Sənaye Parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 ha ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur.
Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir.

Keçidlər