Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı yanında Şuranın növbəti iclası keçirildi

21 sentyabr 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatının akt zalında keçirilən iclasa sədrlik edən İcra başçısı Şuranın gündəliyi ilə toplaşanları tanış etdi. Ölkəmizin sosial-iqtisadi inkişafı və ictimai-siyasi həyatı sahəsində vacib məsələlərə toxunan cənab Məhərrəm Quliyev kənd təsərrüfatının inkişaf etdirilməsi və istifadəsiz qalan torpaqlardan daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi yer ayırdı. Həmin məsələlərdən bəhs edən İcra başçısı Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 17 sentyabr 2016-cı il tarixdə Sabirabadda keçirilən “Pambıqçılığın inkişaf məsələlərinə dair” respublika müşavirəsində dövlət başçısının proqram xarakterli çıxışından irəli gələn məsələlər barədə geniş danışdı. Qeyd edildi ki, Ağstafa rayonunda da aqrar sahənin inkişaf etdirilməsi məqsədi ilə həm boş qalan torpaqların əkin dövriyyəsinə daxil edilməsi, həm də rayon üçün ənənəvi məşğulluq sahələrinin bərpa edilməsi istiqamətində zəruri addımlar atılır. Məlumat üçün bildirildi ki, rayonun Ceyran-çöl ərazisində taxılçılığın  inkişaf etdirilməsi, nar və fındıq bağlarının salınması məqsədilə 13 min hektar torpaq sahəsi müəyyən edilmiş,  yaş barama istehsalında 2,0 tona qədər məhsul alınmışdır. Bütün bunlar rayonun potensialını ifadə edən rəqəmlər ollmaqla yanaşı rayonun sosial-iqtisadi inkişaf istiqamətində ciddi uğurların qazanılacağının zəminidir. Qeyd olundu ki, bundan başqa rayonda “Karvan-L” Eko  böyük istehsal və emal sahələrini birləşdirən sənaye parkının və Ağstafa taxıl və un məmulatları kombinatının tikinti işləri sürətlə davam edir, Saloğlu Mebel Fabrikində yeni istehsal sahələrinin yaradılması işləri aparlır. Rayonda yol infrastrukturunda mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə 4 ədəd yeni körpünün tikinti işləri də sürətlə davam edir. Rayonda yeni istehsal sahəsi kimi “Azərxalça” İB tərəfindən yeni xalça istehsalı müəssisənin tikniti işlərinə hazırlıq başlanılmışdır. Natiq  bütün bu məsələlər istiqamətində rayon rəhbərliyi tərəfindən atılan addımlar barəsində yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
Şura iclasında rayon İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev dövlət mülkiyyətində olan torpaq sahələridən istifadə vəziyyəti və sahibkarlıq sahəsində aparılan yoxlamalrın dayandırılması haqqında qanundan irəli gələn məsələrin icra vəziyyəti barədə məslələrə aid arayışlarla, başçının müavini Lalə Eyyubova məktəblərdə təhsilin keyfiyyəti və şağirdlərin dərsə davamiyyətinə diqqətin artırılması sahəsində həyata keçirilən tədbirlər barəsində arayışıla, memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev şöbənin kurasiyasında olan təşkilatlarda vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə arayışla çıxış etdilər.
İclasda müvafiq idarə və müəssisə rəhbərlərinin çıxışları dinlənildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş rayon İcra hakimiyyətinin başçısının müavini Aydın Hacıyevə həmin medal təqdim edildi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.Şura iclası  işgüzar şəraitdə keçdi.

Keçidlər