Şriftin ölçüsü :

Saytın rəngi :

“Karvan-L” Eko sənaye parkında yeni müəssisələr yaradılır.

30 sentyabr 2016 | 11:00

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda “Karvan-L” şirkəti tərəfindən inşa edilən istehsal və emal müəssisələrini birləşdirən sənaye parkında tikinti işləri sürətlə davam edir. Sənaye parkının tikintisi üçün 12.5 ha torpaq sahəsi ayrılmışdır.
Burada müasir texnologiya və avadanlıqların tətbiq edilməsi ilə qapalı dövriyyəli istehsal proseslərinə əsaslanan kimya və kənd təsərrüfatı sahəsində istehsal və emal müəssisələri və istixanalar quraşdırılır. Hazırda ”Karvan-L” EKO sənaye parkında polietilen örtüklərin istehsalı müəssisəsi, plastik kütlələrin təkrar emalı müəssisəsi, xüsusi dəmir konstruksiyalar istehsalı müəssisəsi, istismara yararsız avtomobil şinlərinin təkrar emalı müəssisəsi, dəmir dam örtüklərinin istehsalı müəssisəsi, şüşə və şüşə konstruksiyaların istehsalı müəssisəsi, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı müəssisəsi, üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi istismara hazırdır. Bu müəssisələrin tikintisi və istixana kompleksinin quraşdırılmasına 12.5 mln. manat özəl investisiya yatırılmış və 350 nəfər daimi işlə təmin ediləcəkdir.
“Karvan-L” EKO sənaye parkında ilin sonuna kimi istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin və sutkada 2000 ədəd şüşə qablar istehsal edən müəssisəsi də istifadəyə veriləcəkdir. Həmçinin 200 ha fındıq bağlarının salınması istiqamətində hazırlıq işləri aparılır. Sənaye parkına daxil olan müəssisələrdə Türkiyə avadanlıqları və şirkətin öz məhsulları quraşdırılır.
Sənaye parkında 3 mərtəbəli modern İş Mərkəzi və ərazidə işçilərin istirahəti üçün istirahət guşəsi yaradılmışdır. Sənaye parkının həyətində abadlıq və dekorativ yaşıllıq salınması işləri aparılmış, 4 km. məsafədən buraya içməli su xətti çəkilmişdir.
Sənaye Parkının tikintisində gündə 350 nəfər fəhlə və mütəxəssis çalışır.

Keçidlər