Şriftin ölçüsü :

Saytın rəngi :

02 fevral Azərbaycan Gəncləri günü ilə əlaqədar Heydər Əliyev Muzey-Mərkəzində 01 fevral 2013-cü il tarixdə tədbir keçirilmişdir.

02 fevral 2013 | 11:00

01 fevral 2013-cü il tarixdə “ 2 fevral Gənclər günü” münasibəti ilə Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində Ağstafa rayon gənclərinin ümumrayon toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Toplantıda Ağstafa RİH başçısı cənab Məhərrəm Quliyev geniş məruzə ilə çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən “Dövlət Gənclər siyasəti”ndən danışdı.
Məhərrəm Quliyev bildirdi ki, rayonda gənlərin irəli çəkilməsi, gənclər üçün şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ağstafa şəhərində “Gənclər Mərkəzi“ tikilib istifadəyə verilmişdir ki, burada da gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.
Sonra Rayon Gənclər və İdman İdarəsinin rəisi Feruz Həsənov geniş məruzə ilə çıxış edərək idarə tərəfindən 2012-ci il ərzində Gənclər və İdman sahəsində görülmüş işlər barədə məlumat verdi. Tədbirdə çıxış edən gənclər rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danişmışdırlar.
Daha sonra müxtəlif nominasiyalarda fərqlənən gənclərə Ağstafa rayon İcra hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr verildi.
Tədbir geniş konsert proqramı ilə davam etdi.

 

Keçidlər