Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa taxıl və un məmulatları kombinatında tikinti işləri davm edir.

30 sentyabr 2016 | 11:00

Ağstafa rayonunda tikintisi davam edən Ağstafa taxıl və un məmulatları kombinatının  layihəsinə 6000 hektar torpaq sahəsində müasir taxılçılıq təsərrüfatının yaradılması, 30 min ton saxlama gücünə malik taxıl anbarının, toxum emalı müəssisəsinin, saatda 5 ton emal gücü olan un zavodu, saatda 5 ton çörək və qənnadı istehsalı zavodu, eyni vaxtda 200 nəfərə xidmət etmə gücü olan “Fast food” sistemli iaşə obyektinin yaradılması daxildir. Layihəyə mədəniyyət mərkəzinin, 300 oturacaq yerlik konfrans zalı və 140 yerlik yeraltı avtomobil dayanacağının tikintisi də daxildir.
Hazırda tikinti işləri sürətlə davam edir. Kombinata daxil olan taxıl toxumu emalı müəssisəsinin tikintisi başa çatmış, çörək və yarımfabrikatlar istehsalı müəssisəsində, eləcə də digər obyektlərdə tikinti-quraşdırma işləri layihəyə uyğun olaraq aparılır. Yaxın günlərdə dəyirman binasının da tikinti işlərinə başlanılacaqdır.
Kombinatın tikintisində gündə 350 nəfər fəhlə və mütəxəssis çalışır. Kombinatın tikintisi üçün 3.5 ha torpaq sahəsi ayrılmış və layihənin smeta dəyəri 31.1 mln. manat təşkil edir. Müəssisə işə salındıqdan sonra burada 210 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Keçidlər