Şriftin ölçüsü :

Saytın rəngi :

“Saloğlu” Mebel Fabrikində yeni layihələr icra olunur.

14 oktyabr 2016 | 11:00

Müasir mebel istehsalçıları içərisində özünə məxsus yeri olan Saloğlu mebel fabriki qərb bölgəsində ən böyük istehsalçılardan biri olmaqla istehsal sahəsində yeni avadanlıqların və texnoloji xətlərin quraşdırılması sahəsində də seçilir. Müasir mebel dəstlərinin istehsalının tənzimlənməsi üçün “Modern Mebel Fabriki” müəssisəsində Almaniya və İtaliya avadanlıqlarından istifadə etməklə ağacyonqarlı lövhələrin, laminatların kəsim və montaj sahəsi, mebellər üçün dəmir hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkas və yay istehsalı sahəsi, dəri və parça üzlüklərin istehsalı sahəsi, çarpayılar üçün döşək istehsalı sahəsi, yumşaq mebellərin istehsalı, yataq otağı və qonaq otağı mebel dəstlərinin istehsalı sahəsi yaradılmışdır.
Bu istehsal müəssisələrinin yaradılması ilə fabrikdə 200 yeni iş yeri açılmışdır.
Saloğlu Firması istehsalını və satış imkanlarını genişləndirməklə yanaşı yeni bir müəssisənin və bir sıra sosial obyektlərin tikintisi layihəsinin icrasına da başlamışdır. “Venzena Mebel Fabriki” adlanan yeni layihəyə daxil olan klassik qonaq və yataq mebel dəstləri istehsalı sahəsi, klassik yumşaq mebel dəstlərinin istehsalı sahəsi, mebellər üçün metal-konstruksiya istehsalı sahəsi, mebellər üçün süngər istehsalı sahələrinin tikinti işlərinə hazırlıq başlanılmışdır. Bunlarda başqa fabrikdə körpələr evi və uşaq bağçasının, İstirahət və Əyləncə Mərkəzinin, Hipermarket ticarət mərkəzi və “Yaşıl Bazar” satış kompleksinin ,Mebel Satış Mərkəzi və  butik otel kompleksinin tikinti işlərinin layihələndirilməsi aparılır.
İstehsal olunan məhsullar həm daxili bazar, həm də ixrac üçün (Almaniya, Fransa, Hollandiya, Belçika, İsveç, İtaliya və İspaniya) nəzərdə tutulur.
Bu layihənin həyata keçirilməsi ilə 2500 yeni iş yerinin açılması nəzərdə tutulur. Fabrikdə yeni layihələrin icrası istiqamətində işlər sürətlə aparılır.

Keçidlər