Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa ziyalılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktubu

31 oktyabr 2016 | 11:00

Regionların inkişafına göstərdiyiniz  qayğıya görə Sizə minnətdarıq  

Möhtərəm Prezident!

Sizin daimi diqqət və qayğınız, müdrik göstərişləriniz və sərəncamlarınız sayəsində ölkəmizin paytaxtı, eləcə də onun uzaq-yaxın regionları gündən-günə öz əvvəlki simasını tamam dəyişir, insanları yeni bir həyat enerjisi ilə yaşayıb-yaratmağa səsləyir, onlara yüksək mənəvi keyfiyyətlər aşılayır. Regional inkişaf siyasəti Sizin fəaliyyətinizin əsas prioritetlərindəndir. Şəhərlərimizin dünyanın ən abad, gözəl məkanlarına çevrilməsi, kənd və qəsəbələrimizin isə müasir abadlıq və quruculuğuna görə artıq şəhər siması alması bütün qədirbilən vətəndaşlarımızda böyük qürur və səmimi minnətdarlıq hissləri yaradır.Sizin bütün bu inkişaf və quruculuq prosesini şəxsi himayəniz, diqqətiniz və nəzarətiniz altında saxlamağınız, bu işlərin uğurla başa çatması yönümündə göstərdiyiniz fədakarlıq isə əsl liderlik örnəyi, ali vətəndaşlıq nümunəsidir.Respublikamızın bölgələrinə müntəzəm işgüzar səfərləriniz genişmiqyaslı yaradıcılıq-quruculuq iş üslubunuz olduğu üçün həyatımızın bütün sahələrində səfərbəredici qüvvəyə çağırış stimuluna çevrilmişdir.Bu günlərdə səfər etdiyiniz Ağstafada yenidən əsaslı təmir edilən Mərkəzi Muzey, yenidən tikilən Musiqi Evi, genişlənən küçələr, parklar, istirahət yerləri, insan əlinin yaratdığı başqa gözəlliklər yerli camaatın məişətini dəyişmiş, dünyagörüşünə güclü təsir göstərmişdir. Ağstafa heç vaxt indiki qədər belə gözəl, cavan, yaraşıqlı, belə tarixi abidələr şəhəri olmamışdır. Biz böyük təşəkkür hissi ilə bildiririk ki, doğma rayonumuzun belə misilsiz inkişafı, genişmiqyaslı quruculuğu məhz Sizin əzmkar fəaliyyətinizin məntiqi nəticəsidir.Cənab Prezident, dünyamızın bu çətin çağında, qlobal böhranın hər gün daha geniş miqyas aldığı bu təlatümlü günlərimizdə Azərbaycanda sabitliyin və rifahın qorunub saxlanılması ən böyük nailiyyətlərinizdəndir. Bu uğurların davamı üçün Sizin xarici və daxili siyasətinizi yenə də böyük ümummilli dəstəklə müdafiə edir, həmişə yanınızda olduğumuzu bəyan edirik.Sizi gördüyünüz bütün işlər zamanı qabaqlayır. Öz şəxsinizdə dövrümüzün işıqlı obrazını yaradırsınız. Bu da biz ziyalıların ürəyində təbii milli intibah hissləri oyadır, hər birimizi Vətənin layiqli övladı olmağa çağırır.Cənab Prezident, Sizə gərgin və şərəfli işlərinizdə daha yeni uğurlar və ailə səadəti arzulayırıq.

Sizə daim hörmətlə,

Nəriman Həsənzadə,
Vidadi Babanlı, Nizami Cəfərov, Məlahət İbrahimqızı, Mustafa Babanlı, Tariyel Qasımov,
Sabir Məmmədov, Məti Osmanoğlu,

Ağstafa ziyalıları

Keçidlər