Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr Konstitusiya günü keçirilmişdir.

12 noyabr 2016 | 11:00

12 noyabr Konstitusiya günü münasibəti ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Elmi praktik konfrans keçirildi.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının  müavini Lalə Eyyubova məruzə ilə çıxış etdi.
Qeyd edildi ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunması ilə Azərbaycan xalqı öz tarixinin ən yeni çağına qədəm qoydu. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi ilə xalqımız öz siyasi iradəsinin azad ifadəçisinə çevrildi. Müstəqilliyin ilk illərində ölkə dağılmaq və  suverenliyini itirmək təhlükəsi ilə üzləşərkən həmin azad siyasi iradə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etməklə öz tarixi seçimini etmiş oldu.
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi referendumda qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiya respublikamızın hüquqi, demokratik  dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətinin və dövlətin əsaslarını müəyyən etməklə və ən yüksək hüquqi qüvvəyə  malik olmaqla hüquq sisteminin bünövrəsini təşkil etmiş və əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyevin  sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı özündə ümumbəşəri dəyərlərə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin sintezini ehtiva edir.

Keçidlər