Qarayazı qəsəbə sakinləri ilə görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə Qarayazı qəsəbəsində sakinlərlə görüşdü. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
Qarayazı qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi geniş arayışla çıxış edərək qeyd etdi ki, qəsəbənin elektrik enerjisi, və içməli su təminatı kimi məsələləri öz həllini tapmış, qəsəbədə 125 abonentə təbii qazın verilməsi təmin edilmişdir. Qəsəbədə bir ədəd subartezian quyusu təmir edilmiş və sakinlərin suya olan tələbatı ödənilir. Yararsız elektrik dayaqları yenisi ilə əvəz edilmiş, Soyuqbulaq-Qarayazı avtomobil yolunda təmir işləri aparılmışdır.
Görüşdə iştirak edən qəsəbə sakinləri öz növbəsində ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq qəsəbənin qaz xəttini tamamilə yenidən qurularaq mavi yanacaqla təchiz edilməsinə, eləcə də qəsəbədə həyata keçirilmiş abadlıq işlərinə görə öz minnətdarlıqlarını ifadə etdilər.
Qəsəbə sakinlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq tapşırıqlarını verdi.