Ağstafa rayon icra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, başçının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şuranın gündəliyinə daxil olan məsələlər barəsində rayon İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev, rayonun baş memarı Sənan Mustafayev, sosial-iqtisadin inkişafın proqnozlaşdrılması və təhlil şöbəsinin müdir müavini Ramiz İmanov geniş arayışla çıxış etdilər.
Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qaz və elektrik enerjisinin yeni tarif qiymətlərinin tətbiq edilməsi barədə qərarına uyğun olaraq Ağstafa rayonunda əhalinin qaz və elektrik enerjisi ilə təchizi vəziyyəti haqqında arayışda qeyd olundu ki, ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülmüş, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunmuşdur. Bildirildi ki, Ağstafa rayonunda təbii qazla təmin edilən əhali abonentlərinin 66 faizinin illik istehlak həcmi 1500 kub. metrdən aşağıdır. Elektrik enerjisi üzrə isə aylıq istehlak həcmi 250 kilovat-saat olan əhali abonentlərinin sayı ümumi abonentlərin 72 faizini təşkil edir. Əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi və təbii qaz yanacağı ilə təchiz edilməsi sahəısində görülən işlər qeyd olunmaqla hələ də rayonun bir sıra yaşayış məntəqələrində mövcud olan nöqsanlara da toxunuldu. Tarif Şurasının difersanlaşdırma aparmaqla tətbiq etdiyi yeni qiymət tənzimlənməsi rayonda sosial müdafiəyə ehtiyacı olan abonentlərin aylıq ailə büdcəsinə zərər verməyəcəyi bir daha vurğulandı.
Rayonda kənd təsərrrüfatının inkişaf etdirilməsi və ənənəvi sahələrin bərpası istiqamətində aparılan işlər barəsində də danışıldı. Qeyd olundu ki, hazırda taxıl səpinin intensiv aparıldığı bir şəraitdə gələcəkdə sahələrin suvarılmasında su itkisinin azaldılması və suvarmanın keyfiyyətinin artırılması üçün su arxlarında təmizlənmə və genişləndirmə işləri aparılır. Su arxalarının lildən və kənar məişət tullantılarında təmizlənməsi istiqamətində işlərin davamlı və ardıcıl aparılmasının zəruri olması qeyd olundu. Sağ sahil ana kanalda cari təmir işlərinin aparılması və kəndlərin suvarma suyu ilə təminatında mühüm rol oynayan R-07, R-08 və Poylu su arxlarının təmizlənməsi istiqamtində görülən işlərlə yanaşı mövcud çatışmamazlıqlar da bildirildi. Hazırda rayonun Qırılı, Köçəsgər,Eynallı və Poylu kəndlərində 10 km uzunluğunda su arxlarında müvafiq iş görülmüş və işlər davam edir.
Ötən ildən rayonda istehsalı bərpa edilən baramıçılığın inkişaf etdirilməsi sahəsinə də toxunuldu. Bildirildi ki, cari il rayonda 1913 kq barama istehsal edilərək təhvil verildi. Hazırda gələn il məhsuldarlığın artırılması üçün yeni tut tinglərinin əkilməsi davam etdirilir. Bu günə kimi 2167 ədəd yeni ting əkilmiş və bu iş hazırda davam etdirilir. Ümumiyyətlə rayonda daha 10 min yeni tut tinginin əkilməsi nəzərdə tutulmuşdur.
Müzakirə edilən məsələlər barəsində aidiyyatı idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.