Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü il 5 fevral tarixində Ağstafa rayon icra hakimiyyətinin başçısının yanında şuranın geniş iclası keçirildi

06 fevral 2013 | 11:00

İclasın gündəliyinə:
1. Rayonun 2003-2012-ci illərdə sosial-iqtisadi inkişafının təhlil olunması və 2013-cü il üçün inkişaf prioritetlərinin müəyyən edilməsi barədə,

2. Ağstafa rayon İcra hakimiyyətinə vətəndaşlardan daxil olmuş təklif,ərizə və şikayətlərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasının təmin edilməsi,onların təhlili və əhalini narahat edən problemlərin öyrənilməsi barədə,

3. Regionların inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) layihəsində Ağstafa rayonu üçün zəruri olan təkliflərin tərtib olunması və irəli sürülməsi haqqında,

4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2008-2015-ci illərdə “Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində rayonda müvafiq tədbirlərin görülməsi barədə,

5. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2008-ci il tarixli 80 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-20123-cü illər) Ağstafa rayonu üzrə vəzifələrinin icrası barədə məsələlər daxil edilmişdir.

Şuranın iclasını açıq elan edən Ağstafa rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirəyə təqdim edilən məsələlərin əhəmiyyəti barədə məlumat verdi. Gündəlikdə duran məsələlər barədə İnformasiya təminatı və təhlil sektorunun müdiri Kamran Abaasovun, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Yasin Əfəndiyevin, Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayevin, Aqrar məsələlər üzrə başçının müavini Ramiz İmanovun və rayon icra hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyevin məruzələri dinlənildi.
Məruzələr ətrafında geniş təhlil və fikir mübadiləsi aparıldı.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 2013-cü ildə rayonun sosial-iqttisadi inkişafı sahəsində qarşıda duran əsas vəzifələrdən danışdı.
 

Keçidlər