Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin vəfatının il dönümü ilə əlaqədar anım tədbirləri keçirildi

09 dekabr 2016 | 11:00

    Tədbir iştirakçıları ilk öncə Heydər Əliv Mərkəzinə ekskursiya etdilər. Daha sonra tədbiri rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq bildirdi ki, bu gün  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının onüçüncü ildönümüdür. Xalqımız bu günü 12 dekabrı böyük hüzn və kədərlə qarşılayır. Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyətli tarixi şəraitdə fəaliyyət göstərən dahi şəxsiyyətdir. Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, yeni Azərbaycanın qurucusudur. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.  Bəli, zaman sübut edir ki, xalqların ölkələrin tarixində həqiqi liderlərin rolu əvəzsizdir.Məhz onlar bir mayak kimi yol göstərir, bir bələdçi kimi xalqın önündə gedərək onu düşdüyü çətin vəziyyətdən çıxarırlar.
             Azərbaycanın müasir müstəqillik tarixinin ilk illəri, 1991-1993-cü illər xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma dövrü kimi xarakterizə olunur. Belə bir vaxtda xalq dərk etdi ki, onu bu bəladan yalnız dahi şəxsiyyət- Heydər Əliyev xilas edə bilər və üzünü ona tutaraq, öz böyük oğlunu təkidlə Bakıya çağırdı. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan, tarixə “Qurtuluş günü” kimi həkk olunan 1993-cü il iyunun 15-dən etibarən isə Azərbaycanda xaosdan tərəqqiyə keçid mərhələsinin bünövrəsi qoyuldu və bu tarixi qayıdışla Azərbaycanın dövlət müstəqilliyi real olaraq möhkəmləndirildi və dönməz xarakter aldı. Müstəqillik illərində məhz Ulu Öndərimizin gərgin və titanik səyi, düşünülmüş siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxladı, hətta onu əbədi prosesə çevirməklə dünyanın qüdrərli dövlətləri səviyyəsinə yüksəltdi. Təmin edilmiş əmin amanlıq və sabitlik şəraitində Heydər Əliyevin rəhbərliyi ilə quruculuq işləri başlandı.”Əsrin Müqaviləsi” imzalandı ki, bu da respublikanın gələcək həyatının çiçəklənməsində mühüm rol oynadı. Ağstafa şəhər 1 və 2 saylı tam orta məktəblərdə anım tədbirləri keçirildi

Ağstafa şəhər 1 və 2 saylı tam orta məktəblərdə Ulu Öndərin vəfatının onüçüncü ildönümü ilə   əlarədar sil-silə tədbirlər keçirilmişdir. Tədbir iştirakçıları ulu öndəri bir dəqiqəlik sükütla yad etdilər. Tədbirlərdə çıxış edən natiqlər bildirdilər ki, Heydər Əliyev Azərbaycanın XX əsrdə əldə etdiyi müstəqilliyin reallaşdırılması, dövlətçiliyin xilası və demokratik, hüquqi dövlət quruculuğu sahəsində elə bir fəaliyyət nümunəsi göstərdi ki, özündən əvvəlki hakimiyyət başçılarının heç biri bunu edə bilməmişdir. Bu tarixi və nadir şəxsiyyətin gördüyü işlər, hər zaman yeritdiyi düzgün və məqsədyönlü siyasət indi də dünyanın liderləri üçün bir nümunədir. Onun çox şaxəli həyat və fəaliyyəti daima yeniyetmə və gənclərimiz tərəfindən öyrəniləcək və ideyaları yaşayacaqdır

Keçidlər