Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağstafa rayon təşkilatında Ulu öndərin anım tədbiri keçirildi

10 dekabr 2016 | 11:00

Tədbir iştirakçıları ilk öncə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə yaxından tanış oldular. Daha sonra tədbiri rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatrov açaraq bildirdi ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının on üçüncü ildönümüdür.
Sovetlər birliyinin dağılması ilə xalqımız 1991-ci ildə öz müstəqillik istəyinə nail oldu. Lakin, müstəqil Azərbaycan hakimiyyətdəki bacarıqsız rəhbərlər ucbatından öz yeni tarixi inkişaf yolunu müəyyən edə bilmədi. Daxili çəkişmələr, şəxsi mənafelər uğrunda mübarizə, cəmiyyətə soyuq münasibət xalqımızı bəlalara düçar etdi. Ölkəmizdə baş verən bu hadisələrdən istifadə edən düşmənlərimiz ərazilərimizin    20 faizini işğal edərək vətəndaşlarımızı öz doğma torpaqlarından didərgin saldılar. Minlərlə soydaşımız qaçqın və köçkün halına düşdü. Getdikcə daxili iqtisadi və siyasi böhran daha da dərinləşdi, xalqın sosial vəziyyəti dözülməz həddə çatdı. Ölkədə yaranmış belə bir vəziyyət yenicə müstəqillik qazanmış Azərbaycanın ərazi bütövlüyünü tamamilə parçalanıb dağılmaq təhlükəsinə məruz qoydu. Belə bir vəziyyətdə Azərbaycan xalqı bəlalardan xilas olmaq üçün ağıllı və müdrik bir rəhbərə ehtiyac duyurdu. Həmin zamanlarda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, tarixin sınaqlarından həmişə uğurla çıxmış xalqı düşünən, dövlət idarəçiliyinin mahir bilicisi, möhtərəm Heydər Əliyevə müraciət olundu. Bu, əslində Heydər Əliyevin uçurum astanasında qalmış müstəqil Azərbaycanı, Azərbaycan xalqını, onun milli azadlıq ideyalarını məhv olmaqdan xilas etmək kimi çox çətin, tarixi və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi demək idi.
1993-cü ildə xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsi sahəsində qlobal işlər görüldü, irəliyə doğru mühüm addımlar atıldı. Bununla da əvvəlki vəziyyətə tədricən son qoyulmağa başladı. Ümummilli liderimizin “mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram” sözləri tam mənada reallığa çevrildi.
Onun fədakar əməyi, müdrik siyasəti, zəngin həyat təcrübəsi nəticəsində Azərbaycanda özbaşınalıqlara son qoyularaq daxili siyasi sabitlik təmin edildi,  dövlətimiz parçalanma təhlükəsindən sovuşdu, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan dövlətində anarxiya, siyasi hərc-mərclik dövrü başa çatdı, daxili siyasi sabitliyin təmin edilməsi ilə yeni, demokratiyanın inkişafı, dövlətçilik siyasətinin güclənməsi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması dövrünə qədəm qoyuldu.
Xalqımızın sınanmış lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə qurtuluşun təməli qoyuldu, Azərbaycan dövlətçiliyi bəlalardan xilas oldu. Ulu öndərimiz Heydər Əliyevin qətiyyətli tədbirləri sayəsində Azərbaycan dövlətinin inkişafında yeni mərhələ başladı.
Daha sonra Ulu öndərin həyat və fəaliyyəti barədə Ağstafa rayonu İcra  hakimiyyətinin başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlar ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Sevda Əliyeva çıxış etdilər.

Keçidlər