Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD OLUNDU

12 dekabr 2016 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. Bu münasibətlə ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbiri keçirildi.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri, gənclər, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri iştirak etdi.
Ulu Öndərə böyük sevgi və məhəbbət ifadə edən izdihamlı tədbirin iştirakçıları Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoydu, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadını, həyat və fəaliyyətini əks etdirən foto-stendlərdən ibarət muzeydə oldular.

Keçidlər