Şriftin ölçüsü :

Saytın rəngi :

Körpülərin tikintisi davam edir.

19 dekabr 2016 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən  Ağstafa rayonu ərzisində inşasına başlanılmış 4 avtomobil körpüsünün tikinti işləri sürətlə davam edir. Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılan yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir. Kür çayı üzərində inşa edilən körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikilən yeni körpünün isə uzunluğu 34 metr olacaqdır. Hər bir körpünün hərəkət hissəsinin eni 11,5 metr, iki istiqamət üzrə piyada səkilərinin eni 1,5 metr olmaqla, ümumi eni 14,5 metr olacaq.
Hazırda körpülərdə monolit beton borular və dayaqların inşası, dəmir beton tirlərin quraşdırılması və körpü yanlarının qruntla kipləşdirilərək doldurulması işləri aparılır.
  Körpülərin tezliklə istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər