Modern Mebel Fabriki istehsalını artırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində Ağstafa rayonuna səfəri zamanı açılışı olan Modern Mebel Fabrikində işlər sürətlə davam edir. Fabrik əsas etibarı ilə 5 istehsal sahəsindən ibarət olmaqla burada yumşaq mebellər yığılır. Mebellərin yığılması üçün tələb olunan hissələr fabrikin özündə istehsal olunur. Fabrikdə yumşaq mebellərin taxta–karkas hissələrinin, metal və yay hissələrinin, süngər kəisilməsi və qəlibə salınması sahəsində və yumşaq mebellərin üzlüklərinin tikiş sahəsində, divan və kresloların yığılması sahəsində ən müsir avadanlıqlar qurşadırılmışdır. Yumşaq mebellər 3 konveyer xətti üzrə yığılır ki, bu da eyni zamanda bir neçə modelin istehsalına imkan verir. Fabrikdə gündəlik 60 dəst yumşaq mebel və 120 ədəd oturacaq stullar hazırlanır. Fabrikin istehsal etdiyi “İstanbul,” “Alleqro,” “Titanik” adlı yumşaq mebel dəstləri və “Buqatti”, “Diva” və “İspanyol” adlı oturacq stulları təkçə daxili bazara deyil, xarici ölkələrə də ixrac edilir.
Fabrikdə ən müasir avadanlıqların quraşdırılması və istehsal olunan məhsulların çeşidin artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.