Şriftin ölçüsü :

Saytın rəngi :

KARVAN-L EKO SƏNAYE PARKI RAYONUN İQTİSADİYYATINA BÖYÜK DƏSTƏK VERİR.

21 dekabr 2016 | 11:00

“Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalrının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin yaradılması istiqamətində aparılan zəruri işlərin nəticəsi olaraq rayonda “Karvan-L” Eko sənaye parkı fəaliyyətə başalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixdə açılışında iştirak etdiyi sənaye parkında yeni istehsal müəssisələri işə salınır.
“Karvan-L”Eko sənaye parkında hazırda dörd istehsal sahəsində alınan məhsullar daxili təlabatın ödənilməsinə xə xarici bazara ixrac edilir. Parkın mozaik daş emalı sahəsində Ağstafa rayon Tatlı kəndində yerləşən mədəndən  təbii daşlar ( göy qırmızı ) xüsusi kəsici  qurğularla  kəsilərək  blok  halına salınıb  müəssisəyə gətirilir. Blok halına  salınmış  təbii daşlar  daş emalı  sahəsində  xüsusi  texnika və vasitələrlə  kəsilərək   mozaik  daşlar  hazırlanır. Qalınlığı 1-2 sm olan 2.5*5 ,  5*5 , 5*10   5*15    2.5*10  və istənilən ölçülərdə daşlar  istehsal olunur. Dəmir dam örtükləri istehsalı müəssisəsində İngiltərənin “Corus-Tata Steel”  şirkətinin məhsulu olan olan metaldan istifadə olunur.Tərkibində paslanmaya qarşı  sink olan  metalın üzərinə 5-7 qatdan  ibarət olan  poliestr  örtük çəkilmişdir. Şirkət tərəfindən  istehsal olunan dam örtüklərinə  25 il zəmanət verilir. Müxtəlif çeşidlərdə  dəmir dam  örtükləri ( Kaskad Holland Ranilla  Karol Profnastil) və aksesuarları xüsusi qurğularla kəsilərək istehsal olunur.
Plastik qapı pəncərə və şüşə-metal  konstruksiya istehsalı sahəsində plastik profillərdən  müxtəlif  ölçüdə  və müxtılif  rəngdə   qapı və pəncərələr eyni zamanda  paket şüşələr   istehsal olunur. Qranul istehsalı müəssisəsində isə polietilen tullantı xam mal xüsusi qurğulardan keçərək yuyulur doğranır və yenidən emala  verilir.
Hazırlanan qranul  xammal kimi  müxtəlif plastik  istehsal  sahələrinə  göndərilir.
Sənaye Parkında  istixana kompleksinin tikintisinin başa çatması və digər müəssisələrin ardıcıl olaraq işə salınamsı istiqamtində işlər davam edir.

Keçidlər