Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətinin başçısının təhsil işçiləri ilə görüşü keçirildi

06 fevral 2013 | 11:00

05 fevral 2013-cü il tarixdə Ağstafa rayon Təhsil Şöbəsinin akt zalında Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rayon təhsil işçiləri ilə görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətini başçısı ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman təhsilimizə olan yüksək diqqət və qayğısından danışdı. 2011-2012-ci tədris ilinin yekunlarını geniş təhlil edən cənab Məhərrəm Quliyev son 2 ildə rayonda tədrisin səviyyəsinin artırılması və məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Qeyd olundu ki, cari tədris ilində 180 şagird yerlik Düzqışlaq kənd və sərhəd bölgəsində yerləşən 220 şagird yerlik Tatlı kənd tam orta məktəbləri istifadəyə verilmiş, 360 şagird yerlik Göycəli, 220 şagird yerlik Soyuqbulaq kənd tam orta məktəblərinin, Köçəsgər kəndində məktəb binasının bərpa gücləndirmə işləri və qəzalı tədris korpusunun yerində yeni tədris korpusunun tikintisi işləri davam etdirilir. Həmin məktəblərin cari tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri, məktəb direktorları və müəllimlər təhsilə göstərilən bu cür diqqətdən razı qaldıqlarını və onlara göstərilən etimadı bütün gücləri ilə doğrultmağa çalışdıqlarını bildirdilər. Tədbir geniş fikir mübadiləsi ilə işgüzar şəraitdə keçdi.
 

Keçidlər