Qırılı kənd sakinləri ilə növbəti görüş keçirildi
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qırılı kəndində növbəti dəfə sakinlərlə görüşdü.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Şəmkir Regional Qaz İstismar idarəsinin rəhbərliyi iştirak edirdi.
Görüşdə rayon İcra hakimyyətinin başçısı Məhərrəm Quliyev ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən son illərdə rayonda görülmüş işlər barədə ətraflı danışdı. Ağstafada həyata keçirilmiş və hazırda inşası davam etdirilən irimiqyaslı sosial infrastruktur layihələr, yaradılmış sənaye müəssisələrinin fəaliyyətinin rayon üçün əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, yol infrastrukuturunun yenilənməsi işləri çərçivəsində Eynallı-Qırılı avtomobil yolunun da yaxın zamanda yenidən qurulması nəzərdə tutulur.
Sakinlərlə səmimi söhbət əsnasında keçən görüşdə, kəndin yeni yaşayış məhəlləsində yaşayış evlərinin qaz xəttinə qoşulması üçün müvafiq sənədlərin hansı qaydada hazırlnamsı sakinlərə izah olundu, kəndin ümumi təbii qaz məsələsi geniş müzakirə olundu. Bu sahədə mövcud çatışmamazlıqların aradan qaldırılması istiqamətində aparılan işlərin sürətləndirildiyi qeyd olundu.
Sakinlər qazla təchizatlarına göstərilən diqqət və Qırılı kənd tam orta məktəbinin istilik sisteminin və təchizatının yüksək səviyyədə qurulduğuna görə minnətdarlıqlarını ifadə etdilər.