Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1264 aztəminatlı ailəyə bayram sovqatları verildi.

26 dekabr 2016 | 11:00

Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.
Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb.
Layihə çərçivəsində Ağstafa rayonu üzrə ünvanlı sosial yardım alan ailələrə  26 dekabr 2016-cı il tarixdə Heydər Əliyev Fondunun bayram sovqatları paylanıldı Hər il Heydər Əliyev Fondu tərəfindən rayonlarda təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyəti böyükdür. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən bu genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmaya səsləyən rəmzi məna daşıyır.
Bayram sovqatı alan sakinlər bugünkü tədbirlə də aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Fondun rəhbərliyinə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdilər.
 

Keçidlər