Görkəmli şair və publisist Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olundu
27 dekabr 2016-cı il tarixdə görkəmli şair publisist həmyerlimiz Nüsrət Kəsəmənlinin 70 illiyi münasibəti ilə Ağstafa şəhər “Yazıçılar evi” ndə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq şairin həyat və fəaliyyətindən geniş danışdı. Bildirdi ki, Nüsrət Kəsəmənli o şairlərdəndi ki, onun şeirləri xalqımız tərəfindən sevilə-sevilə oxunur və şeirlərinin bir çoxuna mahnılar bəstələnmişdir. Nüsrət Kəsəmənli öz yaradıcılığı ilə Azərbaycan poeziyasına məhəbbət şairi kimi möhürünü vurmuşdur.
Sonra Azərbaycan yazıçılar birliyinin Qazax filialının sədri şair Barat Vüsal, Xalq Artisti Tariyel Qasımov, yazıçı və jurnalist Firdovsi Heydərli və digərləri çıxış edərək şairlə bağlı olan xatirələrindən danışdılar. Bildirdilər ki, görkəmli şair və publisist, həmyerlimiz Nüsrət Kəsəmənli həmişə xalqımızın yaddaşında daim yaşayacaqdır.
Tədbirdə şairin həyat yoldaşı Rəhilə xanım çıxış edərək Nüsrət Kəsəmənlinin 70 illiyinin yüksək səviyyədə təşkilinə göstərilən diqqət və qayğıya görə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə öz minnətdarlığını bildirdi.
Tədbirdə şairin sözlərinə yazılan mahnılar ifa olundu.