Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il bayramı münasibəti ilə Ümumrayon tədbiri keçirildi.

30 dekabr 2016 | 11:00

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Ağstafa şəhəri Səməd vurğun adına parkda ümumrayon tədbiri keçirildi.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər. Tədbirdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayon ictimaiyyətini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi və onlara ən xoş arzularını bildirdi. Cənab Məhərrəm Quliyev  2016-cı ilin ölkəmiz üçün uğurlu il olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə, o cümlədən rayonumuzda bir çox sosial iqtisadi layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.  Qeyd olundu ki 2016-cı il Ağstafa rayonu üçün xeyli uğurlu nəticələrlə başa çatır. 2017-ci ildə də həyata keçiriləcək tədbirlərin rayonun sosial iqtisadi inkişafının daha da sürətləndiriləcəyini  tədbir iştirakçılarının nəzərinə çatdırdı və   bir daha onları bayram münasibəti ilə  təbrik etdi.
Tədbirdə uşaqlara  rayon İcra hakimiyyəti tərəfindən hazırlanan hədiyyələr təqdim olundu. Bayram münasibəti ilə rayonda yaşayan aztəminatlı ailələrə rayon İcra hakimiyyətinin bayram sovqatları  da paylanmışdı.
Tədbir rayon mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam etdi.

Keçidlər