Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissədə bayram tədbiri keçirildi

30 dekabr 2016 | 11:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə oldu.
Zabit və əsgər heyəti ilə görüşən cənab Məhərrəm Quliyev onları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı. Cənab Məhərrəm Quliyev Azərbaycanda aparılan ordu quruculuğu və hərbi hissələrin döyüş qabiliyyətinin artırılması,  əsgər və zabitlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük işlərin  görüldüyünu bildirdi  . Qeyd olubdu ki qısa müddətli aprel döyüşləri Azərbaycan ordusunun gücünün göstəricisi oldu.  Aprel döyüşlərində əldə olunmuş uğurların 2017-ci ildə daha yüksək səviyyələrə qaldırılacağına ümid etdiyini bildirdi.
N saylı hərbi hissənin komandiri çıxış edərək bu bayram ərəfəsində hərbi hissəyə gəlmiş qonaqları salamladı və hərbi hissənin fəaliyyəti barədə məlumat verdi. Tədbir Ağstafa rayonu mədəniyyət evinin incəsənət ustalarının konserti ilə davam etdirildi.
Bayram münasibəti ilə hərbi hissəyə rayon icra hakimiyyəti tərəfindən bayram sovqatı  təqdim edildi.

Keçidlər