İcra nümayəndələri yerlərdə hesabat verir
«Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq Ağstafa rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları başlamışdır.
Hesabat yığıncaqlarında rayon icra hakimiyyəti başçının müavinləri, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri iştirak edirlər.
2017-ci ilin 9-10 yanvar tarixlində rayonun Ağgöl kəndi və Saloğlu qəsəbəsində, eləcə də Pirili, Xılxına və Aşağı Kəsəmən kəndləri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncaqları keçirildi. Hesabat yığıncaqlarında Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri Ramiz İmanov, Feyruz Həsənov, İlham Mustafayev Qoşun Heydərov və rayon İcra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Müşfiq.Hüseynov iştirak etmişlər.
Rayonda İƏD üzrə icra nümayəndələrinin hesabat yığıncaqları davam edir.