Muğanlı kənd İcra nümayəndəsi hesabat verdi
Qeyd olunduğu kimi 2016-cı ilin yekununa dair rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları keçirilir.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu gün Muğanlı kəndində keçirilən hesabat yığıncağında iştirak etdi. Tədbir iştirakçıları sırasında həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir sıra idarə müəssisə və təşkilat müdirləri, başçının müvainləri və aparatının şöbə müdirləri, eləcə də kənd ictimyiətinin nümayəndələri yer almışdılar.
Əvvəlcə kəndin İcra nümayəndəsi Nəbi Mursaquluyev Muğanlı kəndində 2016-cı ilin yekunlarına dair geniş məruzə ilə çıxış etdi. Hesabat ilində kənddə görülmüş işlər barədə ətraflı məlumat verdi. Xüsusi ilə qeyd olundu ki, ötən il kəndarası yollar tamamilə təmir edilərək xırlanmış, ərazidə iki ədəd yeni elektrik transformatoru quraşdırılmış, 6 ədəd yararsız elektrik dayağı yenisi ilə əvəz edilmiş, kənd sakinlərinin istirahətinin təmin edilməsi üçün istirahət parkı yenidən qurulmuş, təsərrüfat mövsümündə suvarma suyu ilə əlaqədar problem yaşanmamışdır.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya göstərdiyi xüsusi qayğının və verdiyi tapşırıqların nəticəsidir ki, bu gün rayonumuz sürətlə sənayeləşərək sənaye rayonuna çevrilməkdədir. Bir sıra sənaye müəssisələri istifadəyə verildi və eləcə də yenilərinin təməli qoyuldu. Hazırda yeni xalça fabrikinin, böyük mebel zavodunun, un və un məmulatları kombinatının, yeni körpülərin, iaşə obyektlərinin, istixana komplekslərinin tikintisi, yaxın günlərdə təməli qoyulacaq şüşə qablar və keramika zavodu etdiklərimizin bariz nümunəsidir.
Müzakirə edilən məsələlər ətrafında kənd sakinləri ilə birlikdə geniş müzakirələr aparıldı. Tədbir işgüzar şəraitdə keçdi.