Növbəti hesabat yığıncağı Dağ Kəsəmən kəndində keçirildi
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin İştirak ilə ötən ilin yekununa dair növbəti hesabat yığıncağı Dağ Kəsəmən kəndində keçirildi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və bir sıra idarə,müəssisə, təşkilatlarının rəhbərləri, başçının müavinləri və aparatının şöbə müdirləri, kənd ictimayiətinin nümayəndələri iştirak edirdilər.
Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəb binasında keçirilən təbirdə ilk öncə kənd İcra nümayəndəsi Fazil Bayramov geniş məruzə ilə çıxış etdi. Hesabat ilində kənddə görülmüş və görülməsi zəruri olan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. Xüsusi ilə vurğulandı ki, yeni yaşayış məhəllələrində dörd ədəd iri tutumlu yeni elektrik transformatoru quraşdırılmış, 3,6 km uzunluğunda yeni “sip” kabel sistemi çəkilmiş, 3,4 km uzunluğunda kəndarası yol təmir edilmişdir, təsərrüfatdaxili suvarma arxlarının 3,5 km-i müvafiq təmizləmə tədbirləri aparılmışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxışında qeyd etdi ki, 2017-ci il rayonumuz üçün daha uğurlu il olacaqdır. Belə ki, ölkə rəhbərliyinin yüksək qayğısı və müvafiq tapşırıqlarına uyğun olaraq daha böyük sosial infrastruktur layihələr reallaşdırılmaqdadır. Təbii ki, bütün bunlar ağstafalıların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış addımlardır.
Hesabat yığıncağı işgüzar şəraitdə yekunlaşdırıldı.