20 Yanvar faciəsinin il dönümü Ağstafa şəhər Musiqi Mərkəzində qeyd olundu.
Ağstafa rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar Ağstafa şəhər Musiqi Mərkəzində geniş tədbir keçirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə 20 yanvar faciəsinin 27-ci il dönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
Daha sonra mərkəzin səhnəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş geniş ədəbi bədi kompozisiya nümayiş etdirildi.