Ağstafada 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ QEYD OLUNDU.
20 yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirildi.
Anım tədbirində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişllər. Anım tədbirində Şəhidlər Xiyabanı ziyarət olundu, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoydu, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüldü, ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.
Anım tədbiri həzn musiqi sədalarının müşaiyəti ilə keçirildi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şəhid ailələrinin üzvləri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir. Şəhid ailələrinin məişət qayğıları ilə maraqlanan cənab Məhərrəm Quliyev bildirdi ki, şəhid ailələri daima dövlət başçısının diqqət mərkəzindədir.
Həmçinin bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbri, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri də ziyarət edilmişdir.