Şriftin ölçüsü :

Saytın rəngi :

«Karvan-L” EKO sənaye parkında yeni zavodun təməli qoyuldu.

24 yanvar 2017 | 11:00

Azrbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye zonalarınlın yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və iş adamları tərəfindən yeni biznes layihələrinin icrası barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun sənaye potensialından səmərəli istifadə, yeni istehsal müəssisələrinin yaradılması və iş yerlərinin açılması istiqamətində mühüm layihələr icra olunub.
2016-cı ildə Ağstafa rayon İcra hakimiyyətinin apardığı məqsədyönlü tədbirlər nəticəsində rayonda “Karvan-L” EKO sənaye parkının təməli qoyuldu, Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi başlanıldı, Modern Mebel Fabrikindin yeni istehsal sahələrinin quraşdırılması həyata keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 oktyabr 2016-cı il tarixli səfəri zamanı bu obyektlərdə olaraq açılış etdi, təməlqoyma mərasimlərinda oldu.
Dövlət başçısının açılışında iştirak etdiyi “Karvan-L” EKO sənaye parkında müasir texnologiya və avadanlıqların tətbiq edilməsi ilə qapalı dövriyyəli istehsal proseslərinə əsaslanan kimya və kənd təsərrüfatı sahəsində istehsal və emal müəssisələri yaradılmışdır.
Dövlət başçısı sənaye parkında hazır müəssisələrin açılışını edrək bildirmişdir ki, “Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb”.
“Karvan-L EKO” sənaye parkının yaradılmasında Ağstafa rayon İcra hakimiyyətinin işini yüksək qiymətləndirən dövlət başçısı rayonun təbii imkanları və ehtiyatlarından daha səmərəli istifadə etməklə parkda yeni emal və sənaye sahələrinin yaradılması barədə öz tövsiyələrini vermişdir. Sənaye Parkının rəhbərliyi ötən dövr ərzində yeni istehsal sahələrinin yaradılması və biorqanik istixana kompleksinin quraşdırılması sahəsində zəruri işlər görmüşdür.
Sənaye parkının ərazisində 2ha sahədə biorqanik kənd təsəsrrüfatı məhsulları istehsal edən istixana kompleksində tikinti və quraşdırma işləri başa çatmışdır.
Bu gün təməli qoyulan kermika dam örtükləri müəssisəsi “Karvan-L” şirkətinin fəaliyyət istiqamətində yeni sahə olmaqla burada yerli xammaldan  istifadə ediləcəkdir.
Yeni müəssisənin təməlqoyma mərasimində çıxış edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafa rayonuna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, bu gün rayonumuz artıq sənaye rayonu kimi tanınmağa başlayır. Çox qısa zaman içərisində rayonda bir neçə istehsal və emal müəssisələrinin yaradılması, sahibkarlığın inkişafına dəstək verilməsi sayəsində rayon iqtisadiyyatında sənaye məhsulunun xüsusi çəkisi artmışdır. Bu müəssisələrin içərisində “Karvan-L” EKO sənaye parkı xüsusi yer tutur. 2016-cı ilin yayında təməli qoyulan sənaye parkı həmin ilin oktyabrın 19-da cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başaldı. Dövlət başçısı yerlərdə belə layihənin həyata keçirilməsini yüksək qiymətləndirdi və bildirdi ki, şadam ki, bizim regionlarımızda belə gözəl işlər görülür. Əminəm ki, bu sənaye parkının çox gözəl gələcəyi var. Mən sizin təşəbbüsünüzü dəstəkləyirəm. Gələcəkdə də sizə öz dəstəyimi göstərəcəyəm.
Bu gün Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir, burada 165 mühəndis və fəhlə işləyir. Fəhlə və qulluqçular pulsuz nahar və çayla təmin olunurllar.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi Murad Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları və bölgəyə səfərindən sonra Qərb rayonlarında sənaye müəssisələrinin yaradılması xüsusi vüsət almışdır və bu sahədə Ağstafa rayonunda görülən işlər daha geniş həcmdədir.
”Karvan-L” Elmi-İstehsalat Şirkətinin prezidenti Əbülfəz Qafarov qeyd etdi ki, sənaye parkında polietlen örtüklərin istehsalı müəssisəsi, plastik kütlələrin təkrar emalı müəssisəsi, xüsusi dəmir konstruksiyalar istehsalı müəssisəsi, istismara yararsız avtomobil şinlərinin təkrar emalı müəssisəsi, dəmir dam örtüklərinin istehsalı müəssisəsi, şüşə və şüşə konstruksiyaların istehsalı müəssisəsi, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı müəssisəsi, üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisəsilərinin məhsulları artıq bazara çıxarılır. Bu gün təməli qoyulan EKO KERAMİT zavodunnun istehsal gücü sutkada 500 kv. metr təşkil edir. Bu parkın təməli qoyulan zamandan bəri üzərimizə götürdüyümüz bütün öhdəliklərə əməl  edirik, artıq istixana kompleksi istifadəyə hazırdır, yaxın zamanlarda meyvə bağlarının salınmasına da başlanılacaqdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər