Şriftin ölçüsü :

Saytın rəngi :

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə tədbir keçirildi

26 yanvar 2017 | 11:00

Bu gün rayonun Poylu qəsəbəsi ərazisində Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə tikinti dəhlizinin  Kür çayı ilə kəsişməsində boru kəmərinin inşası üçün  mikrotunelin tikintisini icra edəcək makinaya rəsmi ad vermə mərasimi keçirilmişdir.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin  rəhbəri  Qreym Məllou, Azərbaycanda Borukəmərləri üzrə menecer Culian Smiz, layihə üzrə “Saipem”-“Azfen” birgə müəssisəsinin nümayəndəsi Toğrul Ömərov və digərləri çıxış etdilər.
Tədbirdə həmçinin tikinti üzrə inşaat işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimayiətinin nümayəndələri, eləcə də makinanın adnın müəyyən edilməsi üçün keçirilmiş müvafiq müsabiqədə iştirak etmiş Poylu və Qıraq Kəsəmən kənd tam orta məktəblərinin şagirdləri və müəllimlər iştirak etmişdir.
Çıxışlarda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin ölkəmiz üçün mühüm əhəmiyyətindən geniş bəh olundu. Qeyd olundu ki, Genişlənməyə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda  iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Bu, kəmər vasitəsilə ixrac olunan qaz həcminin  üç dəfə artaraq ildə 20 milyard kubmetrə çatması ilə nəticələnəcək. Gürcüstan və Türkiyə sərhəddində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq.  Layihə Ağstafa rayonu üzrə 14 kəni əhatə edəcək. Torpaqayırma prosesində 500 ə yaxın təsərüfata kompensasiya ödənilmişdir.   Ağstafa rayonunun ərazisində 2 (Saloğlu kəndində və Poylu qəsəbəsində) boru anbarı fəaliyyət göstərir. Azərbaycanın rayonlarının arasında yalnız Ağstafa rayonunun ərazisində mikro –tunel əməliyyatı aparılacaq. Saloğlu və Poylu boru anbarlarında işləmək üçün həmin anbarlara yaxın yerləşən kəndlərdən işçilər işə cəlb olunmuşdur.  Kəmər çəkilişi işləri üçün həmçinin layihə təsiri altına düşən sakinlərdən işə götürmə prosesi davam edəcək.
Şagirdlər arasında keçirilən müsabiqədə Qıraq Kəsəmən kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Vəli Vəlizadə qalib elan olundu, onunla yanaşı final mərhələsinə keçmiş digər yeddi şagirddə müxtəlif həvəsləndirici hədiyyələrlə təltif olundu. Nəticəyə əsasən öncədən makinanın üzərində ulduz mənasını ifadə edən “Sitarə” sözləri həkk olunmuşdur.
Tədbir çay süfrəsi ətrafında davam etdirildi.

Keçidlər