Azərbaycan Respublikası Ağsaqqallar şurasının Ağstafa rayon şöbəsinin konfransı keçirildi
07 fevral 2013-cü il tarixdə Ağstafa şəhəri “Yazıçılar evi”ndə Azərbaycan Respublikası Ağsaqqallar şurasının Ağstafa rayon şöbəsinin konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq konfrans iştirakçılarını salamladı və bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin sürətli inkişaf yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz özünün hərtərəfli inkişafını təmin edir, daxili və xarici siyasətini məqsədyönlü şəkildə aparır. Məhs bunun nəticəsində ölkəmizdə o cümlədən, Ağstafa rayonunda geniş tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Yeni təhsil, səhiyyə və mədəniyyət müəssisələri istifadəyə verilir. Ağsaqqallarımız cəmiyyətimizdə daim ən yüksək hörmətə malikdirlər və onlara olan dövlət qayğısı günbəgün artır.
Ağsaqqallar Şurasının Ağstafa rayon şöbəsinin sədrliyinə rayonda yüksək ictimai nüfuz qazanmış yazıçı-jurnalist Firdovsi Heydərlinin namizədliyi konfrans iştirakçıları tərəfindən səsə qoyularaq dəstəkləndi. Nizamnaməyə uyğun olaraq Ağsaqqallar şurasının sədr müavinləri və şura üzvləri seçildi. Konfransda çıxış edən rayon ağsaqqalları onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda xatirə şəkili çəkildi.