Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Komissiyasının iclası keçirildi.

28 yanvar 2017 | 11:00

Ağstafa rayonunun qışa hazırlığına dair Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın qərarına uyğun olaraq Rayon Fövqəladə Hallar Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda qar yağması ilə əlaqədar olaraq sakinlərin qaz və işıqla fasiləsiz təmin edilməsi, rayon daxili avtomobil yollarının qardan təmizlənməsi, çörək istehsalı və əhalinin unla təminatı, sosial obyektlərin, məktəb və xəstəxanaların enerji daşıyıcıları ilə təminatı məsələri müzakirə edilmişdir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri cənab Ramiz Tatarov qeyd etdi ki, qışa hazırlıq tədbirlər planına uyğun olaraq mütəmadi həyata keçirilmiş və bu gün yağan qar rayonda ciddi fəsadlara səbəb olmamışdır. Lakin sakinlərin bu qarlı günlərdə əlavə çətinlik yaşamamaları üçün xidmət təşkilatları öz işlərini daha da gücləndirməlidirlər.
İclasda Ağstafa 26 saylı Yol idarəsinin, Ağstafa MKTB-nin, Ağstafa “Sukanal” idarəsinin, Ağstafa qaz istismar sahəsinin və “Azərişıq” ASC-nin Ağstafa rayon şöbəsinin rəhbələri və RMX-nın baş həkimi çıxış edərək bildirdilər ki, qarlı havaların keçməsi ilə əlaqədar olaraq təşkilatlarda gücləndirilmiş iş rejimi və növbətçilik tətbiq edilmiş, qabaqcadan profilaktiki tədbirlər həyata keçirilmişdir.
Hazırda rayonda yolların təmizlənməsi, qaz və işıq xətlərinin yoxlanması davam etdirilir.

Keçidlər