Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda qar fəsadlara səbəb olmadı

01 fevral 2017 | 11:00

Havaların qeyri-sabit keçməsi və kəskin soyuması ilə əlaqədar olaraq bir neçə gündür Ağstafa rayonuna güclü qar yağır. Qış aylarında sakinlərin istilik, qaz, işıq və içməli su ilə təchizatında fasilələrə yol verilməməsi ilə bağlı görülən qabaqlayıcı tədbirlər sayəsində rayon əhalisinin bu sahələrdə təminatında problemlər olmamışdır. Ağstafa şəhərinda avtomobillərin və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi üçün rayon MKTB-i tərəfindən səhər saatlarında yollara qum səpilmiş, piyada keçidləri qar yığnağından təmizlənmişdir. Məişət tullantılarının daşınması, sakinlərin çörəklə təminatı, sosial və xidmət obyektlərinin  adi iş rejimində çalışması təmin edilmiş, məktəblər, xəstəxana və rabitə müəssisələrinin işinə nəzarət artırılmışdır. Rayonun xidmət təşkilatlarının fəaliyyəti Fövqəladə Hallar Komissiyası tərəfindən tənzimlənir. Qaz, işıq, su , yol idarələrində və səhiyyə müəssisələrində növbətçilik təşkil edilmişdir.
Ağstafa şəhəri ərazisindən keçən Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolu qar yığnağından təmizlənir, rayondaxili və rayonlararası nəqliyyat vasitələrinin qrafik üzrə hərəkəti təmin olunur.
Havaların qeyri-sabit və qarlı keçməsindən istifadə edərək bazarda və ticarət obyekltlərində qiymətlərin süni şişirdilməsinin qarşısının alınması üçün rayon İcra hakimiyyəti tərəfindən zəruri tədbirlər gürülür. Vəziyyətlə yerində tanış olmaq üçün Ağstafa rayon İcra hakimiyyətinın başçısı cənab Məhərrəm Quliyev müavinləri və rayonun hüquq-mühafizə orqanlarının və müvafiq strukturların  rəhbərləri ilə birgə səhər saatlarında Ağstafa şəhərinin mərkəzi küçələrini gəzmiş, rayonun mərkəzi  bazarında və ticarət mərkəzlərində olmuşdur. Sakinlər görülən tədbirlərlə bağlı razılıq etmişlər. Ağstafa şəhərində vəziyyətlə tanış olan İcra başçısı şəhərin küçə və səkilərinin, eləcə də kəndarası avtomobil yollarının qar örtüyündən təmizlənməsi üçün əlavə tapşırıqlarını verdi.

Keçidlər