Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 2 fevral-Gənclər Günü qeyd olundu.

02 fevral 2017 | 11:00

Azərbaycan gənclərinin birlik və həmrəylik bayramı olan Gənclər günü münasibəti ilə Ağstafa şəhər Musiqi Mərkəzində tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri və rayon gəncləri iştirak edirdi. Mərkəzin foyesində ağstafalı gənclərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgi tədbir iştirakçılarında böyük maraq doğurdu.
Tədbirdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirdi ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və gəncləri bir araya topladı. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun  rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
            Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov çıxış edərək bildirdi ki, keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə “Azərbaycan Gəncliyi” Dövlət Proqramının həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Eləcə də Ağstafa rayonunda gənclərin sosial fəallığının artırılması, ictimai, mədəni və idman həyatında iştirakının xüsusi çəkisinin artırılmasında mühüm işlər görülmüş, rayonda Gənclər Mərkəzi yardıllmışdır. Natiq ağstafalı gənclərin təhsil və idaman həyatında qazandıqları uğulardan danışmışdır.
Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Ağstafa  rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.

         Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər