“Akkord Tekstil” fabrikində aylıq 15000 ədəd köynək istehsal olunacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Ağstafa şəhərində inşa olunmuş “Akkord Tekstil” fabrikində aylıq 15000 ədəd köynək istehsal edən yeni istehsal sexi yaradılmışdır. Artıq “Akkord Tekstil” MMC- nin istehsal etdiyi köynəklər İtaliyanın “Elle Elle SRL” şirkəti vasitəsi ilə İtaliyaya, eləcə də Türkiyənin bir çox firmalarına “Made in Azerbaijan” yazısı ilə ixrac edilir. Hazırda İtaliyan şirkətinin nümayəndələri aylıq 5000 ədəd köynək ixracına dair müqavilənin imzalanması üçün Ağstafa rayonundadırlar. Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müavinləri ilə birgə “Akkord Tekstil” fabrikində İtaliyan və Türkiyə nümayəndələri ilə görüşmüş, yeni avadanlıq və istehsal olunan məhsullarla yaxından tanış olmuşdur.
“Akkord Tekstil” MMC yaxın günlərdə Rusiya ,Çexiya və digər ölkələrə “Made in Azerbaijan” yarılığı ilə istehsal məhsullarını ixrac etməyi planlaşdırır.