Köhnəqışlaq kəndində növbəti görüş
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə rayonumuzun düşmənlə təmas xəttində yerləşən Köhnəqışlaq kəndində oldu. Əvvəlcə İcra başçısı Köhnəqışlaq kənd klubunda sakinlərlə görüşdü. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və müvafiq təşkilatlarının rəhbərləri, “N” saylı hərbi hissənin komandiri iştirak edirdilər. İlk öncə İcra başçısı ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, sürətli sosial-iqtisadi inkişaf, Azərbaycan dövlətinin yürütdüyü uğurlu daxili və xarici siyasət haqqında geniş bəhs etdi. Son dövrlər Ağstafada reallaşdırılmış irimiqyaslı sosial infrastrukturu layihələr, abadlıq, quruculuq və bu istiqamətdə gələcəkdə görüləcək işlər barədə dolğun məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırığına uyğun olaraq cəbhə bölgəsində yaşayan sakinlərə xüsusi diqqət və qayğı göstərilir, onların məişət şəraitləri hər zaman diqqətdə saxlanılır. Görüşdə iştirak edən sakinlərin istək və təklifləri qəbul olundu.
Sonra İcra başçısı tədbir iştirakçıları ilə birlikdə ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq tikintisi tamamlanmaq üzrə olan kəndin orta məktəb binasının son vəziyyəti ilə maraqlandı. Daha sonra cəbhə xəttində vətənin müdafiəsində dayanan əsgər və zabitlərimizə baş çəkdi.