Rayon sakinlərinin tibbi müayinəsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinənin keçirilməsinə başlanılmışdır. Ağstafa rayon əhalisinin müayinədən keçirilməsinin təşkili məqsədi ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısının 10 fevral tarixli 21 saylı sərəncamı ilə komissiya yaradılmış, müxtəlif ixtisas həkimlərindən ibarət (həkim-terapevt, həkim-pediatr, həkim-cərrah, həkim mama-ginekoloq, həkim-oftalmoloq və digər həkimlər olmaqla) həkim briqadaları yaradılmış, qrafik hazırlanmışdır. 15 fevral 2017-ci il tarixdən Ağstafa rayonunda da əhalinin müayinədən keçirilməsinə başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğı əhali arasında böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. Ağstafa rayonunda tibbi müayinə uğurla davam etdirilir. Müayinə zamanı xəstəlik aşkar olunan vətəndaşlar ambulator və ya stasionar müalicəyə cəlb edilir və yaxud ehtiyac olduqda müayinə və müalicə üçün Bakı şəhərinə göndərilir.